​Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunlarında büdcə böyük olmayacaq"

​Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunlarında büdcə böyük olmayacaq" "Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək"
Fərdi
7 Aprel , 2015 18:54
​Azad Rəhimov: IV İslam Həmrəyliyi Oyunlarında büdcə böyük olmayacaq

Bakı. 7 aprel. REPORT.AZ/ "Bizim namizədliyimizi dəstəkləyən, Azərbaycana etimad göstərənlərə təşəkkür edirəm". "Report"un məlumatına görə, bu sözləri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib.

Azərbaycanın İslam dünyasında rolu ilə bağlı fikir bildirən A.Rəhimov ölkənin İslam Oyunlarına namizədliyinin irəli sürülməsindən və bu qərarın dəstəklənməsindən danışıb.

"Əminəm ki, bu oyunlar xalqlarımızın birliyində böyük rol oynayacaq. Öz gücümüzü səfərbər edərək bu yarışları yüksək səviyyədə təşkil etməyə nail olacağıq" - nazir qeyd edib.

A.Rəhimov İslam Oyunlarının büdcəsindən də danışıb: "Ev sahibliyi sazişləri müxtəlif təşkilati məsələlərə toxunur. Bizim öhdəliklərimiz Azərbaycana gələn idmançıların təhlükəsizliyi, nəqliyyat, qidalanma və digər məsələlərdir. Hazırda I Avropa Oyunlarında istifadə olunacaq atletlər kəndi İslam Oyunları zamanı da istifadəyə veriləcək. Büdcədən danışmaq tezdir. Amma Olimpiya və Avropa Oyunları ilə müqayisədə burada yol xərcləri idmançıların öz üzərinə düşür. Digər böyük tədbirlərlə müqayisədə büdcə böyük olmayacaq".

Azad Rəhimov İslam Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların sayını da açıqlayıb: "Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək. Burada lisenziya qazanmağa ehtiyac yoxdur. Ev sahibi olduğumuz üçün çalışacağıq ki, bütün idman növlərində iştirak edək. Çalışacağıq ki, səhv etmədən mədəni proqramlar da təşkil edək".

Son xəbərlər

Orphus sistemi