​Azad Rəhimov “3-cü İdman İctimaiyyəti Mükafatı”nın təqdimat mərasiminə qatılacaq

​Azad Rəhimov “3-cü İdman İctimaiyyəti Mükafatı”nın təqdimat mərasiminə qatılacaq Gənclər və idman naziri bu məqsədlə Dubaya yola düşüb
Fərdi
22 Mart , 2016 09:50
​Azad Rəhimov “3-cü İdman İctimaiyyəti Mükafatı”nın təqdimat mərasiminə qatılacaq

Bakı. 22 mart. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov 23 mart 2016-cı il tarixdə keçiriləcək “3-cü İdman İctimaiyyəti Mükafatı”nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya səfərə yola düşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, 3-cü dəfədir ki keçirilən ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə son 1 il ərzində idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.

A.Rəhimovun Azərbaycan idmanında son illər ərzində görülən işlərlə bağlı iştirakçıları daha yaxından tanış etməsi məqsədi ilə çıxışı nəzərdə tutulub. Təqdimat əsnasında nazir ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, bu oyunlar zamanı 17 gün ərzində 6 mindən çox atletin 20 idman növündə mübarizə apardığını diqqətə çatdıracaq, bu il ölkəmizdə "Formula-1" Grand Prix turnirinin, Şahmat üzrə Dünya Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə isə UEFA Futbol üzrə Avropa Çmepionatının 3 qrup və 1 yarımfinal oyunlarının Bakıda keçiriləcəyi haqda məlumat verəcək.

Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı”uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və BƏƏ-dən 196 müraciət olub.

Son xəbərlər

Orphus sistemi