​Avstraliya Açıq çempionatının ilk finalçısı müəyyənləşib

​Avstraliya Açıq çempionatının ilk finalçısı müəyyənləşib Serena Uilyams adını finala yazdırıb
Fərdi
28 Yanvar , 2016 10:18
​Avstraliya Açıq çempionatının ilk finalçısı müəyyənləşib

Bakı. 28 yanvar. REPORT.AZ/ Tennis üzrə Avstraliya Açıq çempionatında finalçılardan birinin adına aydınlıq gəlib. "Report"un məlumatına görə, ABŞ tennisçisi Serena Uilyams adını finala yazdırmağı bacarıb.

O, yarımfinalda polşalı rəqibi Aqneşka Radvanska üzərində inamlı qələbə qazanıb - 6:0, 6:4.

Digər finalçı isə almaniyalı Anjelika Kerberlə ingiltərəli Yohanna Konta arasındakı yarımfinal görüşünün qalibi olacaq. 

Son xəbərlər

Orphus sistemi