Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda keçirilən Avropa Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb. "Report"un məlumatına görə, ən yaxşı göstərici ilk yürüşdə olduğu kimi yenə də "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur.
Bu dəfə 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.913 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.336 dəqiqə ilə "Sahara Force İndia "ın Serxio Peres qərarlaşıb.
Yürüşün ən yüksək göstəricisi "Scuderia Toro Rosso"nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.