Avropa çempionatından qayıdan Azərbaycan cüdoçularının qarşılanma mərasimi keçirilib

Avropa çempionatından qayıdan Azərbaycan cüdoçularının qarşılanma mərasimi keçirilib Cüdoçuların şəninə müxtəlif şüarlar səsləndirilib
Fərdi
26 Aprel , 2016 10:34
Avropa çempionatından qayıdan Azərbaycan cüdoçularının qarşılanma mərasimi keçirilib

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın Kazan şəhərindəki Avropa çempionatında bir dəst medal qazanan Azərbaycan cüdoçuları Bakıya qayıdıblar. "Report"un məlumatına görə, cüdoçuları Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş qarşılayıb. 

Cüdoçuların şəninə müxtəlif şüarlar səsləndirilib.

Qeyd edək ki, Avropa çempionatında Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) gümüş medal qazanıb. Komanda yarışlarında isə Azərbaycan yığması tarixdə ilk dəfə bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi