Arif Rəhimov: "Formula-1" üçün Bakıya gələn əcnəbilərin sayı 10 mini keçməyəcək"

Arif Rəhimov: "Formula-1" üçün Bakıya gələn əcnəbilərin sayı 10 mini keçməyəcək" "Əminik ki, bütün beynəlxalq biletləri sata biləcəyik"
Fərdi
6 Dekabr , 2015 01:12
Arif Rəhimov: Formula-1 üçün Bakıya gələn əcnəbilərin sayı 10 mini keçməyəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ "Formula-1" üzrə Avropa Qran Prisinə gələn əcnəbilərin sayı 10 mini keçə bilməyəcək. "Report"un məlumatına görə, bu barədə yürüşün təşkilatçısı Arif Rəhimov "Motorsport"a açıqlama verib.

O, şəhər otellərindəki yerlərin məhdud olmasını səbəb göstərib: "Hazırda Bakıda otel otaqlarının sayı 9500-dür. Bunun 2500-ə qədərini "Formula-1"in səhmdarları tutacaq. Ona görə də 7 min otaq qalacaq. Bunlar Azərbaycana dəvət edə biləcəyimiz maksimal adam sayıdır. Əminik ki, bütün beynəlxalq biletləri sata biləcəyik. Çünki sayları məhduddur. Həm də satışın tez gedəcəyinə inanırıq. Biz əcnəbilər üçün satışı 10 minlə məhdudlaşdırmırıq. Sadəcə, bileti almamışdan öncə insanlar harada qalacaqlarına arxayın olmalıdırlar".

Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran Prisi 2016-cı ilin 17 - 19 iyununda Bakı küçələrində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi