ABŞ-da yaşayan Azərbaycan boksçusu vəfat edib

ABŞ-da yaşayan Azərbaycan boksçusu vəfat edib Emil İsrafilbəyov beyin xərçəngindən dünyasını dəyişib
Fərdi
18 Yanvar , 2016 17:59
ABŞ-da yaşayan Azərbaycan boksçusu vəfat edib

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-da yaşayan azərbaycanlı boksçu Emil İsrafilbəyov (Bakı) dünyasını dəyişib. Bu barədə "Report"a tanınmış idmançının dostu Ağəli Alışov məlumat verib.

Onun sözlərinə görə, E.İsrafilbəyov 44 yaşında beyin xərçəngindən vəfat edib. A.Alışov idmançının dəfni ilə bağlı əlavə bilgiyə malik olmadığını söyləyib.

Qeyd edək ki, Emil İsrafilbəyov 27 aprel 1972-ci ildə Bakıda dünyaya gəlib. 1990-cı illərdə qardaşı Rüfət İsrafilbəyovla birgə ABŞ-a köçən mərhum idmançı 1995-ci ildən okeanın o tayında döyüşlərə çıxıb. O, orta ağır çəkidə keçirdiyi 24 döyüşdən 22-dən qalib, 2-dən məğlub ayrılıb. 

Son xəbərlər

Orphus sistemi