​ABŞ-da məşhur NBA basketbolçusu güllələnib

​ABŞ-da məşhur NBA basketbolçusu güllələnib İdmançı qarın nahiyəsindən aldığı yaradan keçinib
Fərdi
30 May , 2016 03:00
​ABŞ-da məşhur NBA basketbolçusu güllələnib

Bakı. 30 may. REPORT.AZ/ Birləşmiş Ştatlarda “New Orlean”ın basketbolçusu Brays Dejan-Cons güllələnib.

“Report” ESPN nəşrinə istinadən xəbər verir ki, idmançı qarın nahiyəsindən aldığı güllə yarasından keçinib. İnsident Dallasda qeydə alınıb.

Mənbənin məlumatına görə, faciə gecə, oyunçunun çağırılmamış polis ilə giriş qapısını təpiklə açaraq daxil olduğu evdə baş verib. Yatmış ev sahibi hay vermək çağırışlarına cavab almadıqda, Dejan-Consa atəş açıb. Yaralı binanın girişində həkimlərin gəlişini gözləyib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Brays fevral ayında “Pelikans” klubu ilə 3 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi