​95 yaşlı idmançı yeni dünya rekorduna imza atıb

​95 yaşlı idmançı yeni dünya rekorduna imza atıb Çarlz Yuqster 200 metr məsafəni 55.48 saniyəyə qət edib
Fərdi
10 Mart , 2015 09:54
​95 yaşlı idmançı yeni dünya rekorduna imza atıb

Bakı. 10 mart. REPORT.AZ/ 95 yaşlı ingiltərəli idmançı Çarlz Yuqster yeni rekorda imza atıb. "Report"un məlumatına görə, Yuqster buna 200 metr məsafəyə qaçışda nail olub.

Sprinter məsafəni 55.48 saniyəyə qət edib. 95 və yuxarı yaşlarda bu cür nəticə göstərən olmadığından, rekord Yuqsterin adına yazılıb. O, şəxsi twitter hesabında bununla bağlı fikirlərini də paylaşıb: "Mən 95 və ondan yuxarı yaşlarda qaçış üzrə yeni dünya rekorduna imza atdım. Artıq xoşbəxtliyin 7-ci qatındayam. Bu işdə yardım edən hər kəsə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi