Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın ağırlıqqaldırma üzrə olimpiya çempionu Norbert Şemanski vəfat edib. "Report"un məlumatına görə, N.Şemanski 93 yaşında ikən dünyasını dəyişib.
Mərhum atlet 4 olimpiya medalı qazanmış ilk ağırlıqqaldıran olub. O, "Helsinki-1952"də qızıl, "London-1948"ldə gümüş, "Roma-1960" və "Tokio-1964"də bürünc medal qazanıb.
Əslən polşalı olan ŞemanskiII Dünya müharibəsində Avropada döyüş əməliyyatlarında iştirak edib.