​2015-ci ildə "Synergy Baku"dan ilk fəxri kürsü, Maksim Averindən növbəti lisenziya xalları

​2015-ci ildə "Synergy Baku"dan ilk fəxri kürsü, Maksim Averindən növbəti lisenziya xalları O, 161 km. məsafəni 3 saat, 25 dəqiqə, 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub
Fərdi
5 Mart , 2015 08:00
​2015-ci ildə Synergy Bakudan ilk fəxri kürsü, Maksim Averindən növbəti lisenziya xalları

Bakı. 5 mart. REPORT.AZ/Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Maksim Averin Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "Umag Trophy" yürüşündə uğurla çıxış edib.

"Report" xəbər verir ki, o, 161 km. məsafəni 3 saat, 25 dəqiqə, 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub.

Yağışlı hava şəraitində baş tutan yürüşün son 20 km-i xüsusilə çətin alınıb. Belə ki, ardıcıl toqquşmalar bir neçə velosipedçinin yarışı yarımçıq dayandırması ilə nəticələnib. Xoşbəxtlikdən Maksim bütün bu toqquşmalardan qaça bilib və finişi 10 nəfərdən ibarət pelotunun içərisində keçib. Fotofinişə əsasən, velosipedçimiz yekun sıralanmada 2-ci olub.

Bu isə Maksim Averinə Rio-2016 Yay Olimpiya Oyunları üçün aktivinə daha 30 reytinq xalı yazmağa imkan verib.

Xatırladaq ki, idmançımız martın 1-də Xorvatiyada təşkil olunmuş digər yarış - "İzola" "Qran-Pri"sində 5-ci olmaqla 10 xal qazanmışdı.

Son xəbərlər

Orphus sistemi