​100 idmançıda mildronat preparatı aşkarlanıb

​100 idmançıda mildronat preparatı aşkarlanıb Bu barədə WADA rəsmisi məlumat yayıb
Fərdi
15 Mart , 2016 14:47
​100 idmançıda mildronat preparatı aşkarlanıb

Bakı. 15 mart. REPORT.AZ/ 2016-cı il yanvarın 1-dən istifadəsi qadağan olunmuş mildronat preparatı 100 idmançıda aşkarlanıb. "Report"un məlumatına görə, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Ben Nikols sosial şəbəkədəki şəxsi hesabında bildirib.

Siyahıda 14 məşhur idmançının da adı yer alıb. 10 idmançı isə Rusiyanı təmsil edir. Ümumilikdə dopinqdə "ilişən"lərdən 10-u rusiyalıdır. Daha öncə 99 idmançının dopinq-testinin müsbət nəticə verdiyi bildirilirdi.

Qeyd edək ki, mildronat orqanizmin məşqlər zamanı ağır fiziki və yarışlar vaxtı əsəb-psixi yüklənmələrə qarşı dözümlülüyünün artırılması məqsədilə istifadə olunur. 

Son xəbərlər

Orphus sistemi