"Ziraat Yatırım" "Petkim"in səhmlərinin hədəf qiymətini 11% artırıb

"Ziraat Yatırım" "Petkim"in səhmlərinin hədəf qiymətini 11% artırıb Şirkət "Petkim"in bu ili yüksək göstəricilərlə başa vuracağını proqnozlaşdırır
Energetika
26 Avqust , 2016 15:11
Ziraat Yatırım Petkimin səhmlərinin hədəf qiymətini 11% artırıb

Bakı. 26 avqust. REPORT.AZ/ “Ziraat Yatırım” investisiya şirkəti əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding A.Ş”-nin səhmlərinin hədəf (bazar) qiymətini artırıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Ziraat Yatırım” şirkəti Holqindin səhmlərinin hədəf qiymətini 11% artıraraq 4,60 Türkiyə lirəsindən (TRY) 5,10 TRY-ə yüksəldib.

“Ziraat Yatırım”ın “Petkim Holding”lə bağlı hesabatında Holdinqin II rübdə yaxşı göstəricilər əldə etdiyi qeyd olunub: “Petkim”in II rüb üzrə xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% artaraq 226,9 mln. TRY-ə yüksəlib və həm bizim proqnozumuz (169 mln. TRY), həm də bazar gözləntisindən (153 mln. TRY) yüksək mənfəətlə yaxşı göstərici əldə edilib. ”Petkim”in bu ilin II rübündə satışdan gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,6% artaraq 1,18 mlrd. TRY təşkil edib. Şirkətin ümumi mənfəəti isə 28,5% artaraq 264,8 mln. TRY-ə çatıb. Bundan başqa, digər fəaliyətlərdən əldə edilən gəlirlərin ötən ilin II rübündəki 7,1 mln. TRY-dən bu ilin müvafiq dövründə 18,2 mln. TRY-ə yüksəlməsi də gəlirliliyə müsbət təsir edib”.

Qeyd olunub ki, bu ilin I yarısında “Petkim”in əldə etdiyi müsbət nəticələr 2016-cı il üzrə göstəricilərin 2015-ci ildən yüksək olacağını göstərir.

Son xəbərlər

Orphus sistemi