Zərdabın daha iki kəndinə ilk dəfə qaz verilib

Zərdabın daha iki kəndinə ilk dəfə qaz verilib İki kəndin 327 abonenti qazla təmin olunub
Energetika
19 Fevral , 2016 12:20
Zərdabın daha iki kəndinə ilk dəfə qaz verilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Zərdab rayonunun daha iki kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 327 abonenti olan Birinci Əlicanlı və İkinci Əlicanlı kəndlərinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 36 357 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Qeyd edək ki, “Azəriqaz” İB tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

Son xəbərlər

Orphus sistemi