​Zərdab rayonunun 2 kəndinə təbii qaz verilib

​Zərdab rayonunun 2 kəndinə təbii qaz verilib 161 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb
Energetika
24 İyul , 2015 15:53
​Zərdab rayonunun 2 kəndinə təbii qaz verilib

Bakı. 24 iyul. REPORT.AZ/ İyulun 24-də Zərdab rayonunun Əlibəyli və Allahqulubağı kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məlumata görə, 161 abonenti olan Əlibəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 748 metrliik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 161 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rayonun Allahqulubağı kəndinin 108 abonentinin qazlaşdırılması üçün isə 9493 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi