​Zaqatala rayonunun 5 kəndinə ilk dəfə qaz verilib

​Zaqatala rayonunun 5 kəndinə ilk dəfə qaz verilib Tədbirlərdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri iştirak edib
Energetika
17 İyun , 2015 15:50
​Zaqatala rayonunun 5 kəndinə ilk dəfə qaz verilib

Bakı. 17 iyun. REPORT.AZ/ İyunun 17-də Zaqatala rayonunun Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumilikdə, 1 184 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 61 755 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 184 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi