​Yunanıstan naziri: "Yeni hökumət TAP kəmərinin tikintisində qərarlıdır"

​Yunanıstan naziri: "Yeni hökumət TAP kəmərinin tikintisində qərarlıdır" Bunu ölkənin ətraf mühit və energetika naziri Panos Skurletis bildirib
Energetika
23 Sentyabr , 2015 17:33
​Yunanıstan naziri: Yeni hökumət TAP kəmərinin tikintisində qərarlıdır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Yunanıstanın yeni hökuməti Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazı Avropaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) layihəsini dəstəkləyir və bu layihənin tikintisində qərarlıdır. "Report" Yunanıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin ətraf mühit və energetika naziri Panos Skurletis bildirib: "Biz TAP layihəsini davam etdirəcəyik".

Qeyd edək ki, "Cənub" qaz dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq.

Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərasizində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində Avropaya çatdırılacağı planlaşdırılır.

TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) iştirak edir.

Xatırladaq ki, sentyabrın 20-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsindən istefa verən Aleksis Siprasın SİRİZA koalisiyası qalib gəlib. Ötən gün isə Yunanıstan hökumətinin yeni tərkibi məlum olub. Nazirlərin əksəriyyəti A.Siprasın rəhbərlik etdiyi əvvəlki hökumətdə vəzifə tutan şəxslərdir.

Son xəbərlər

Orphus sistemi