​Yunanıstan hökuməti SOCAR-la DESFA məsələsini müzakirə edib

​Yunanıstan hökuməti SOCAR-la DESFA məsələsini müzakirə edib Yunan nazir yeni hökumətin iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu deyib
Energetika
13 Avqust , 2015 12:44
​Yunanıstan hökuməti SOCAR-la DESFA məsələsini müzakirə edib

Bakı. 13 avqust. REPORT.AZ/ Yunanıstanın energetika naziri Panos Skurletis ilə “SOCAR Energy S.A. Greece” şirkətinin baş direktoru Anar Məmmədov DESFA şirkətinin səhmlərinin SOCAR-a satılması və Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin Yunanıstan ərazisində tikintisi məsələlərini müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Yunanıstan İstehsal İslahatları, Ətraf Mühitin Mühafizəsi və Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

Yunan nazir iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın inkişafı üçün yeni hökumətin dəstək verməyə hazır olduğunu deyib.

Məlumata görə, DESFA-nın alınması məsələsi 2015-ci ilin sonuna qədər yubana bilər. Səbəb kimi isə Avropa Komissiyasının Direktorlar Şurasında bu məsələnin müzakirə edilməsi göstərilir.

Məlumata görə, ötən gün həm də P.Skurletis və Nazirliyin enerji və mineral ehtiyatlar üzrə baş katibi Apostolos Aleksopulos TAP konsorsiumunun icraçı direktoru Yan Bredşou (Ian Bradshaw), xarici əlaqələr üzrə direktor Mixael Hofman (Michael Hofmann) və TAP-ın Yunanıstan üzrə direktoru Rikard Skufiasla (Rikard Scoufias) görüşüb.

Müzakirələr əsasən boru kəmərinin tikintisinin texniki tərəfləri ilə bağlı olub və tikintiyə başlamaq üçün növbəti addımların atılması məsələlərin həll edilməsi nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi