​Yunanıstan DESFA məsələsinə görə Avropa Komissiyasını günahlandırır

​Yunanıstan DESFA məsələsinə görə Avropa Komissiyasını günahlandırır Yunanıstanın müxalif deputatları hesab edirlər ki, yeni nazir Yunanıstan iqtisadiyyatını iri investisiyalardan məhrum edib
Energetika
26 İyul , 2016 10:51
​Yunanıstan DESFA məsələsinə görə Avropa Komissiyasını günahlandırır

Bakı. 26 iyul. REPORT.AZ/ Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletis bu ölkənin qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi məsələsinin hələ də baş tutmamasına görə Avropa Komissiyasını günahlandırıb. "Report" Yunanıstan KİV-inə istinadən xəbər verir ki, yunan nazir belə bəyanatla parlamentdə çıxış edib.

P.Skurletis qeyd edib ki, rəsmi Brüssel tenderdə qalib gəlmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təkcə gələcək payının - 66%-in 49%-ə kimi azaldılması deyil, həm də onun operatorun idarəçiliyində söz sahibi olmayan passiv səhmdara qədər haqqının kiçildilməsi şərtini qoyub.

Müxalif deputatlar bildiriblər ki, nazir Yunanıstan iqtisadiyyatını 400 mln. avrodan və SOCAR-ın gələcəkdə yatıracağı 10 mlrd. avrodan məhrum etdiyinə görə, məsuliyyət daşıyır.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi