​Yunanıstan və Aİ rəsmiləri TAP-ın təməlqoyma mərasimində iştirak edəcəklər

​Yunanıstan və Aİ rəsmiləri TAP-ın təməlqoyma mərasimində iştirak edəcəklər Aleksis Tsipras və Maroş Şefçoviç Salonikidə keçiriləcək tədbirə qatılacaqlar
Energetika
13 May , 2016 14:46
​Yunanıstan və Aİ rəsmiləri TAP-ın təməlqoyma mərasimində iştirak edəcəklər

Bakı. 13 may. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Tsipras və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Trans Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimində iştirak edəcəklər. “Report” xəbər verir ki, bu barədə Yunanıstan hökuməti və Avropa Komissiyasının ayrı-ayrılıqda yayımladığı press-relizlərdə qeyd edilib.

Məlumata görə, A.Tsipras mərasimdə iştirak etmək üçün Afinadan (Yunanıstan) Salonikiyə səfər edəcək.

Avropa Komissiyası isə M.Şefçoviçin həm mərasimdə iştirak edəcəyini, həm də Yunanıstan Enerji Forumunda “Avropa Enerji İttifaqı: Planlardan reallığa” mövzusunda çıxış edəcəyini açıqlayıb.

Qeyd edəki ki, yayılan məlumatlara görə, bu tədbirdən 10 gün sonra Rusiya prezidenti Vladimir Putinin Afinaya rəsmi səfəri gözlənilir. Məlumatda deyilir ki, V.Putin "Qazprom" ASC-nin Yunanıstan-İtaliya boru kəməri vasitəsi ilə Avropa İttifaqına qaz satmasını təklif edəcək.

Son xəbərlər

Orphus sistemi