Yevlaxda ​"Azərişığ"ın inzibati binası açılıb

Yevlaxda ​"Azərişığ"ın inzibati binası açılıb Cari ilin sonuna kimi daha 28 rayonda yeni inşa olunmuş inzibati binalar istifadəyə veriləcək
Energetika
3 Fevral , 2016 13:59
Yevlaxda ​Azərişığın inzibati binası açılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Yevlax şəhərində "Azərişıq" ASC-nin yeni inşa olunmuş inzibati binası əməkdaşların və həmin rayondan olan abonentlərin istifadəsinə verilib. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bundan öncə "Azərişığ"ın ötən il Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda yeni inzibati binaları tikilərək istifadəyə verilib.

Açıqlamada qeyd edilir ki, ofis binalarında elektrik şəbəkəsinin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb: "Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb. Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib". 

"Hazırda “Azərişıq” tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 28 rayonda yeni inşa olunmuş inzibati binalar istifadəyə veriləcək", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi