​Yeni qaz kəmərinin "Türk Axını" adlanması təklif edilib

​Yeni qaz kəmərinin "Türk Axını" adlanması təklif edilib ""Cənub Axını" ilə bağlı məsələlər artıq qapanıb"
Energetika
22 Dekabr , 2014 20:06
​Yeni qaz kəmərinin Türk Axını adlanması təklif edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyə ərazisindən keçəcək borunun "Türk Axını" olması təklif edilib. "Report" xəbər verir ki, bunu "Qazprom"un vitse-prezidenti Aleksandr Medvedyev deyib.

Onun sözlərinə görə "Cənub Axını" ilə bağlı işlərə tamamilə xitam verilib və artıq yeni boru xəttinin reallaşması üçün işlər görülür: "Türkiyə ərazisindən keçəcək boru xətti üçün bir çox təkliflər irəli sürülüb. Onların arasında "Türk Axını" adı da var. Bunu Türkiyə tərəfi təklif edib".

"Qazprom" rəsmisinin sözlərinə görə, artıq "Cənub Axını" ilə bağlı məsələlər qapanıb və hazırda bu layihə diqqət mərkəzindədir

Son xəbərlər

Orphus sistemi