“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
28 İyun , 2016 19:01
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Bakı. 28 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2161 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1860-1851 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Xatırladaq ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi