Yaponiya hökuməti Azərbaycandakı enerji layihələrində iştirakda maraqlı olan şirkətləri dəstəkləyir

Yaponiya hökuməti Azərbaycandakı enerji layihələrində iştirakda maraqlı olan şirkətləri dəstəkləyir SOCAR-da Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib
Energetika
28 Oktyabr , 2015 09:56
Yaponiya hökuməti Azərbaycandakı enerji layihələrində iştirakda maraqlı olan şirkətləri dəstəkləyir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə şirkət haqqında məlumat verən R.Abdullayev bildirib ki, Yaponiyanın “Itochu” və “Inpex” şirkətləri 1994-cü ildən “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının işlənilməsində, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak edib.

Həmçinin SOCAR-ın Türkiyədə inşa etdiyi "Star" neft emalı zavodunun tikintisində “Itochu” şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açıb, Azərbaycanda reallaşdırılması nəzərdə tutulan Neft-qaz emalı və neft-kimya Kompleksi (NQNK) layihəsi barədə məlumat verib.

Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi Azərbaycana 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində böyük nailiyyətlərin əldə olunduğunu müşahidə etdiyini vurğulayıb.

AÇG və BTC layihələrində uğurlu iştirakında dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən nazir, Azərbaycanda həyata keçirilən bir sıra enerji və neft-qaz, neft-kimya layihələrində yapon şirkətlərinin maraqlı olduğunu və hökumətin bu layihələrdə şirkətləri dəstəklədiyini bildirib.

“Inpex” şirkətinin baş icraçı vitse-prezidenti Seici Yui, “Itochu” şirkətinin icraçı rəhbəri Hiroyuki Fukano təmsil etdikləri şirkətlər haqqında məlumat verib, Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi