Avropa Komissiyasının vitse-prezidenti: "Xəzər bölgəsindən ilk təbii qaz tədarükünü 2019-20-ci illərə planlaşdırırıq"

Avropa Komissiyasının vitse-prezidenti: "Xəzər bölgəsindən ilk təbii qaz tədarükünü 2019-20-ci illərə planlaşdırırıq" Maroş Şevçoviç Türkmənistanda səfərdədir
Energetika
1 May , 2015 06:31
Avropa Komissiyasının vitse-prezidenti: Xəzər bölgəsindən ilk təbii qaz tədarükünü 2019-20-ci illərə planlaşdırırıq

Bakı. 1 May. REPORT.AZ/ Türkmənistana səfər edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, Xəzər hövzəsi ölkələrindən ilk təbii qaz tədarükünü Avropa Birliyində 2019-20-ci illərdə əldə etməyə planlaşdırırlar.

"Report"un RİA "Novosti agentliyinə istinadla verdiyi xəbərə görə, prezident Qurbanqulu Berdımuhammedovla keçirdiyi danışıqlardan sonra yerli telekanallara müsahibə verən M.Şevçoviç deyib ki, Avropa Birliyi (AB) Türkmənistanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır.

"Danışıqlar zamanı konkret olaraq müəyyən etdik ki, Cənubi Qaz Korridoru layihəsi bizim üçün vacibdir və strateji əhəmiyyət kəsb edir. Məhz bu layihə hesabına enerji resurslarının diversifikasiyasını təmin edilə bilər", - deyə Avropa Komissiyasının vitse-prezidenti vurğulayıb.

O, həmçnin, qeyd edib ki, mayın 1-də keçiriləcək Azərbaycan, Türkiyə, Türkmənistan və AB rəsmilərinin görüşü Xəzər regionunun enerji resurslarının Qərbə yönəldilməsi mövzusuna həsr olunacaq. 

Son xəbərlər

Orphus sistemi