Bakı. 4 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,13 dollar yaxud 2,52% ucuzaşaraq 43,65 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,86 dollar və ya 1,88% ucuzlaşaraq 44,97 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.