​Xalik Məmmədov: "Azərbaycan neft mütəxəssislərinin ixracı ilə məşğul ola bilər"

​Xalik Məmmədov: "Azərbaycan neft mütəxəssislərinin ixracı ilə məşğul ola bilər" SOCAR-ın vitse-prezidenti: "Gələcəkdə neft mütəxəssisləri ixrac etmək üçün genetik potensialımız var"
Energetika
6 Noyabr , 2015 12:35
​Xalik Məmmədov: Azərbaycan neft mütəxəssislərinin ixracı ilə məşğul ola bilər

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan perspektivdə neft mütəxəssislərinin ixracı ilə məşğul ola bilər. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində bildirib.

X.Məmmədov qeyd edib ki, bunun üçün kifayət qədər əsaslar var: "Bizim bunun üçün imkanlarımız var. Genetik potensialımız çatır ki, gələcəkdə dünyaya neft mütəxəssisləri ixrac edək. Azərbaycanda çalışan dünyanın aparıcı şirkətləri ilə birgə fəaliyyətimiz və daxili potensialımız imkan verir ki, mütəxəssis ixracatı ilə də məşğul olaq".

SOCAR rəsmisi əlavə edib ki, gələcəkdə Bakı Ali Neft Məktəbinin elmi-tədqiqatla daha dərindən məşğul olması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi