​Xaçmaz rayonunun daha iki kəndinə qaz verilib

​Xaçmaz rayonunun daha iki kəndinə qaz verilib Tədbirdə rayon icra hakimiyyəti və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
26 Avqust , 2015 15:44
​Xaçmaz rayonunun daha iki kəndinə qaz verilib

Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Hacıqurbanoba və Gəncəli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumilikdə, 227 abonenti olan Hacıqurbanoba və Gəncəli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 22 363 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə 142 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi