Bakı. 9 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,76% yaxud 0,45 dollar bahalaşaraq 59,39 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində isə mənfi dəyişiklik müşahidə edilib. Belə ki, bu markalı neftin qiyməti 0,23% yaxud 0,15 dollar azalaraq 65,39 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.