WTI markalı neftin qiyməti 47 dollara yaxınlaşır

WTI markalı neftin qiyməti 47 dollara yaxınlaşır "Brent"in qiyməti isə 51 dollar/barelə düşüb
Energetika
7 Yanvar , 2015 09:18
WTI markalı neftin qiyməti 47 dollara yaxınlaşır

Bakı. 7 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,40%, yaxud 2,11 dollar ucuzlaşaraq 47,93 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 3,93% və ya 2,01 dollar ucuzlaşaraq 51,10 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi