WTI markalı neft bahalaşıb

WTI markalı neft bahalaşıb "Brent"in qiymətində isə sabitlik müşahidə olunur
Energetika
21 Aprel , 2015 09:34
WTI markalı neft bahalaşıb

Bakı. 21 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,15% bahalaşaraq 56,38 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində dəyişiklik müşahidə olunmayıb. "Brent"in bir barelinin qiyməti 63,45 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi