Bakı. 5 avqust. REPORT.AZ/ "Wood Group"un Şimal dənizində "Shell" neft şirkətinin 7 özülündə çalışan işçiləri tətil edirlər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tətil əmək haqlarının kəsilməsi ilə bağlı birlik və idarəçilər arasında danışıqların uğursuz nəticələnməsindən sonra başlayıb.
Bu, "Shell"in özüllərində çalışan "Wood Group" işçilərinin ikinci tətilidir.
İlk tətil ötən həftə 24 saatlıq olub və 400 nəfər işi dayandırıb.