Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan regiondakı digər qaz hasil edən ölkələrin də Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasında rol oynamağa hazırdır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (
"Cənub Qaz Dəhlizi ideya kimi Avropa İttifaqı tərəfindən 10 il əvvəl irəli sürülüb. Görünən odur ki, o vaxtdan bu dəhlizin yaradılması rolunu üzərinə götürən Azərbaycandır", - V.Məmmədov deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Trans-Xəzər boru kəməri layihəsini də dəstəkləyir.
"Amma hazırda bizim əsas məqsədimiz mövcud öhdəliklərimizin yerinə yetirilməsidir", - o vurğulayıb.
O, 2013-cü ilin sentyabr ayında Bakıda "Şahdəniz-2" üzrə Avropa alıcıları ilə iri qaz satışı sazişlərinin imzalanmasından da danışaraq qeyd edib ki, bu sazişlər Azərbaycana 2020-ci ildən başlayaraq 25 il ərzində qaz satmağa imkan verir.