Bakı. 21 aprel. REPORT.AZ/ Rusiya tərəfindən inşa edilən "Türk axını" qaz kəmərinin Qara dənizin dibi ilə Türkiyədən Yunanıstana qədər uzanacaq tikinti layihəsi Aİ normalarına uyğun olmalıdır.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin mətbuat katibi Anna-Kaysa İtkonen bildirib.
"Biz layihəyə texniki qiymət verməyə hazırıq, lakin bu onun təfərrüatlarını müəyyən etdikdən sonra mümkün olacaq. "Cənub axını" layihəsində olduğu kimi, bu layihəyə münasibətdə deyə bilərik ki, Avropa İttifaqının ərazisində bütün qaz-nəqliyyat layihələri Aİ normalarına tamamilə uyğun olmalıdır", - mətbuat katibi bildirib.