Venesuelanın neft nazirinin açıqlamalarından sonra qiymətlər düşür

Venesuelanın neft nazirinin açıqlamalarından sonra qiymətlər düşür Hasilat dondurulsa belə neft ucuzlaşmaqda davam edəcək
Energetika
20 Sentyabr , 2016 15:44
Venesuelanın neft nazirinin açıqlamalarından sonra qiymətlər düşür

Bakı. 20 sentyabr. REPORT.AZ/ Neft bazarında cari tələbə uyğunlaşmaq üçün neft hasilatı 10% azaldılmalıdır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino açıqlama verib. 

Açıqlama yayıldıqdan sonra hər barreli 46 dollardan baha satılan "Brent" markalı neftin qiyməti 45 dollara düşüb. Hazırda isə qiymət 45,6 dollar/bareldir. 

Pinoya görə, dünya neft hasilatının hazırki həcmi 94 mln. barelə bərabərdir. Lakin, neft bazarında tələb və təklifi tarazlaşdırmaq üçün hasilat həcmi 10% və ya 9 mln. barel azaldılmalıdır.

Nazirin açıqlaması investorların diqqətini yenidən neft bazarında təklifin izafiliyi probleminə çevirib. Neft bazarı həmçinin bu gün ABŞ neft institutu tərəfindən açıqlanması gözlənilən həftəlik neft ehtiyatlarının dinamikası barədə məlumatı gözləyir. 

"Report"un analitik qrupunun fikrincə, Venesuelanın neft nazirinin açıqlamaları belə bir nəticəyə gəlməyə əsas verir ki, sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasilatçısı ölkələrinin sammitində iştirakçı ölkələr hasilatı dondurmağa qərar versə belə, neft bazarında təklif tələbi xeyli üstələyəcək. Çünki neftin təklifi getdikcə artmaqda, neft tələbi isə qlobal iqtisadi artımın səngiməsi səbəbindən azalçaqdadır. Əlavə olaraq ABŞ-da neft hasilatının getdikcə artması da qiymətlərin  dinamikasına mənfi təsir edir. İlin sonuna qədər neftin yenidən 30-35 dollar/barel diapazonuna qədər ucuzlaşacağı ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi