Venesuelada investisiya çatışmazlığı və ödənişlərin gecikməsi neft hasilatını çətinləşdirir

Venesuelada investisiya çatışmazlığı və ödənişlərin gecikməsi neft hasilatını çətinləşdirir Venesuelada 14 il ərzində neft hasilatının ən kəskin azalması müşahidə olunur
Energetika
15 Avqust , 2016 11:48
Venesuelada investisiya çatışmazlığı və ödənişlərin gecikməsi neft hasilatını çətinləşdirir

Bakı. 15 avqust. REPORT.AZ/ Dünyanın ən böyük xam neft ehtiyatlarına malik olan Venesuelada 14 il ərzində neft hasilatının ən kəskin şəkildə azalması müşahidə olunur.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Venesuelanın "Petroleos de Venezuela" dövlət neft şirkəti təchizatçılara ödənişlərin gecikməsi, avadanlıqlara investisiyaların qoyulmaması və ölkənin nəhəng neft yataqlarında zəif planlaşdırma nəticəsində bu il daha da sürətlənən neft hasilatının azalmasını dayandırmaq üçün mübarizə aparır.

İyuna qədər 12 ay ərzində Venesuelanın xam neft hasilatı 9% azalaraq gündəlik 2,36 mln. barel olub.

Venesuelanın neft naziri və "Petroleos de Venezuela" dövlət şirkətinin prezidenti İlogiyo Del Pino ötən ay 2015-ci illə müqayisədə neft hasilatının 8% və yaxud 220 min barel/gün azaldığını qeyd edib.

Daha sonra neft naziri heç bir müqayisə rəqəmi göstərmədən iyul ayında ölkə üzrə neft hasilatının 2,54 mln. barel/günə qayıtdığını bildirib. Bu məlumat hələ ki, OPEC-ə çatdırılmayıb. Dövlət neft şirkətinin statistik məlumatlarrı illərlə müzakirə mövzusu olub.

"Reuters"in beynəlxalq ticarət və təchizat üzrə məlumatına görə, birgə müəssisələrin müstəqil satışı istisna olmaqla, Venesuela dövlət neft şirkətinin iyulda xam neft ixracı 1,19 mln. barel/günə düşüb. Şirkət isə satış barədə şərh verməyib.

Şirkətin bir neçə işçisi və yerli birliklərin üzvlərinin bildirdiyinə görə, avadanlıq oğurluqlarının artması, texniki gecikmələr, aşağı əmək haqları hasilata zərbə vurmağa davam edir. "Mən neft sənayesindəki 28 illlik təcrübəmdə heç vaxt belə qeyri-effektivlik görməmişəm", - deyə qazma şirkətinin əməkdaşı bildirib.

Del Pino ötən ay yerli mediaya açıqlamasında elektrik kəsintisi və Venesuelanın ağır neftinin ixrac olunan xam neftə çevrilməsi üçün məhdud modenləşdirmə imkanının neft hasilatını çətinləşdirdiyini qeyd edib. "Reuters"in hesabatına görə, bu isə Venesuela şirkətini öz neftini durulaşdırmaq üçün 95 min barel/gün ağır nafta və yüngül xam neft idxal etmək məcburiyyətində qoyub.

Analitiklərin proqnozuna görə, Venesuelada ilin ikinci yarısında da hasilat əvvəlki səviyyədə bərpa olunmayacaq.

Venesuelada aktiv qazma qurğuları "Baker Hughes"in məlumatına görə, iyulda 49 ədədə düşüb və bu, 2011-ci ildən indiyədək ən aşağı rəqəmdir.

Son xəbərlər

Orphus sistemi