Vahid Ələkbərov: "LUKoil" üçün neftin kritik qiyməti 12 dollar/bareldir"

Vahid Ələkbərov: "LUKoil" üçün neftin kritik qiyməti 12 dollar/bareldir" Şirkətin əsas məqsədi hökumət və parlamenti köhnə yataqlarda işlərin stimullaşdırılması üçün qanunvericiliyi qəbul etdirməkdir
Energetika
29 Aprel , 2016 16:33
Vahid Ələkbərov: LUKoil üçün neftin kritik qiyməti 12 dollar/bareldir

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti üçün neftin kritik qiyməti 12 dollar/bareldir. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Ələkbərov Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində bildirib.

"Digər şirkətlər kimi, biz də investisiya proqramının icrasında qənaət edə bilərik. Əgər bütün investisiya layihələrimizi təxirə salsaq, bizim üçün kritik qiymət 12 dollar/barel olacaq", - deyə V.Ələkbərov qeyd edib.

Şirkətin prezidenti növbəti ildə Rusiyada neft hasilatında cüzi azalma olacağını, illik hasilatın 525-530 mln. ton ətrafında stabilləşəcəyini proqnozlaşdırır.

V.Ələkbərov bildirib ki, növbəti iki ildə şirkətin əsas məqsədi hökuməti və parlamenti köhnə yataqlarda işlərin stimullaşdırılması üçün müvafiq qanunvericiliyi qəbul etdirməyə çalışmaqdır.

Son xəbərlər

Orphus sistemi