​Vahid Ələkbərov 2015-ci ilin sonuna neftin qiymətini 60-65 dollar civarında proqnozlaşdırır

​Vahid Ələkbərov 2015-ci ilin sonuna neftin qiymətini 60-65 dollar civarında proqnozlaşdırır Yaxın perspektivdə dünya bazarında neftin qiyməti 60-70 dollar/barel qalacaq
Energetika
19 İyun , 2015 13:01
​Vahid Ələkbərov 2015-ci ilin sonuna neftin qiymətini 60-65 dollar civarında proqnozlaşdırır

Bakı. 19 iyun. REPORT.AZ/ LUKOIL şirkətinin prezidenti Vahid Ələkbərov 2015-ci ilin sonuna neftin qiymətininin 60-65 dollar civarında olacağını proqnozlaşdırır. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"İlin sonunadək qiymətin 60-65 dollar arasında dəyişəcəyini güman edirəm", - V. Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakı zamanı jurnalistlərə bildirib.

Qeyd edək ki, bir qədər əvvəl o, yaxın perspektivdə - 3 il ərzində dünya bazarında neftin qiymətinin 60-70 dollar/barel olacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi