Ukrayna Rusiyadan qaz idxalına dair yeni sazişin imzalanmasını gözləyir

Ukrayna Rusiyadan qaz idxalına dair yeni sazişin imzalanmasını gözləyir Ukrayna yeni sazişi məqbul şərtlər əsasında imzalamağa hazırdır
Energetika
7 İyul , 2016 13:33
Ukrayna Rusiyadan qaz idxalına dair yeni sazişin imzalanmasını gözləyir

Bakı. 7 iyul. REPORT.AZ/ "Naftoqaz Ukrayna" Rusiyanın "Qazprom" şirkəti ilə bu ilin III rübündə Ukraynaya qaz nəqlini yenidən başlamağa imkan verən, 2009-cu ildə imzalanmış qaz alqı-satqı müqaviləsinə əlavənin imzalanmasını gözləyir.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Naftoqaz"ın sədri Andrey Kobolev mətbuat konfransında bildirib.

"Təəssüf ki, "Qazprom" III rübdə qaz alışına imkan verən əlavə sazişi imzalamayıb. Biz danışıqlar aparırıq, amma onun nə ilə nəticələnəcəyini demək çətindir", - deyə o qeyd edib.

Şirkət sədrinin sözlərinə görə, Avropa ölkələrindən qaz nəqli rəsmi Kiyev üçün kifayət edən həcmdədir: "Ona görə də Ukrayna tərəfi "Qazprom"la münasibətini sırf kommersiya mövqeyində qurur. Eyni zamanda, əgər "Qazprom"un qaz nəqli ilə bağlı təklifi Ukrayna üçün məqbul olarsa, onda Ukrayna tərəfi rusiyalı tərəfdaşları ilə əməkdaşlıq edəcək".

Son xəbərlər

Orphus sistemi