Ukrayna "Qazprom" şirkətini 3,5 mlrd. dollar cərimələyib

Ukrayna "Qazprom" şirkətini 3,5 mlrd. dollar cərimələyib Ukrayna Antiinhisar Komitəsi bu barədə qərar qəbul edib
Energetika
22 Yanvar , 2016 16:02
Ukrayna Qazprom şirkətini 3,5 mlrd. dollar cərimələyib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ukraynanın Antiinhisar Komitəsi Rusiyanın "Qazprom" şirkətinin 85 mlrd. qriven (3,47 mlrd. dollar) məbləğində cərimələnməsi barədə qərar qəbul edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Komitənin sədri Yuri Terentyev bildirib.

Qeyd olunub ki, "Qazprom" qaz tranziti bazarında inhisarçı vəziyyətindən sui-istifadə edib.

Xatırladaq ki, Ukraynanın "Naftoqaz" şirkəti daha öncə "Qazprom" şirkətinin tranzit bazarından sui-istifadə etməsindən zərərin həcminin 6 mlrd. dollar olduğunu qeyd edib. Ukraynanın Antiinhisar Komitəsi 2009-2015-ci illərdə "Qazprom" şirkətinin "Naftoqaz" şirkəti ilə sazişin şərtlərini pozduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi