Üç magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Üç magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Bəzi ərazilərin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
13 Oktyabr , 2016 17:31
Üç magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı” və “Mehdiabad”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yevlax-1”, Astara magistral qaz kəmərləri sahəsinin “Yardımlı” və “Əngəvül” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonu və Yevlax şəhərinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi