Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyə parlamenti Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə dövlətlərarası qarşılıqlı anlaşma memorandumunu təsdiqləyib. Bu qaz kəməri Xəzər qazının Türkiyə ərazisi ilə Avropa bazarlarına nəql olunması üçün nəzərdə tutulub.
"Report"un "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, boru kəmərinin illik buraxılış gücü 16 mlrd. kubmetr təşkil edəcək, həmin həcmdən 6 mlrd. kubmetr Türkiyəyə tədarük olunacaq.
Boru kəməri ilə qazın nəqlinə 2018-ci ildə başlanacaq.
Xatırladaq ki, Memorandum iki ölkə arasında 2014-cü ilin may ayında imzalanıb.