​Türkiyəli professor ADNA-da seminar keçirib

​Türkiyəli professor ADNA-da seminar keçirib Türkiyə üzrə elektrik enerjisinin itkisi 12%-ə bərabərdir
Energetika
3 Aprel , 2015 13:17
​Türkiyəli professor ADNA-da seminar keçirib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (İAEE) sədri Gürkan Kumbaroğlu Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) seminar keçirib. "Report"un verdiyi xəbərə görə, "Enerji səmərəliliyi və enerjiyə qənaət" mövzusunda keçirilən seminarda ADNA-nın energetika fakültəsinin tələbə və müəllim-professor heyəti iştirak edib.

İAEE haqqında qısa məlumat verən qonaq Birliyin 1977-ci ildə yaradıldığını və qısa zamanda bütün dünyada məşhurlaşdığını deyib. Onun sözlərinə görə, tələbələrin enerji sahəsinə marağını artırmaq üçün enerji yay məktəblərinin keçirildiyini deyib. 

Türkiyədə elektrik enerji israfının 12%-ə bərabər olduğunu deyən G.Kumbaroğlu bu rəqəmin müxtəlif regionlarda dəyişdiyini deyib: "Ümumilikdə, Türkiyə üzrə elektrik enerjisi itkisi 12%-ə bərabərdir. Amma regionlara getdikcə, bu rəqəm daha fərqlidir. Məsələn, Anadoluda bu rəqəm 60%-ə yüksəlir".

Xatırladaq ki, Boğaziçi Universitetinin professoru, Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (İAEE) sədri G.Kumbaroğlu dünəndən Bakıda səfərdədir. 

Bu mövzuda ilk dəfə martın 23-də Türkiyənin Böğaziçi Universitetində keçirilən seminarın dünyanın bir çox universitetlərində davam etdiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi