Türkiyəli nazir: "Türk axını" TANAP-a rəqib deyil

Türkiyəli nazir: "Türk axını" TANAP-a rəqib deyil Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilin sonuna qədər istifadəyə veriləcək
Energetika
5 Fevral , 2015 16:09
Türkiyəli nazir: Türk axını TANAP-a rəqib deyil

Bakı. 5 fevral. REPORT.AZ/ "Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2015-ci ilin sonuna qədər istifadəyə veriləcək". "Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bildirib.

Nazir jurnalistlərə açıqlamsında bu gün artıq Azərbaycan Prezidenti İlham Əliyev, iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdüyünü, 2020-2023-cü illər üçün nəzərdə tutulan 15 mlrd. dollarlıq qarşılıqlı ticarət dövriyyəsi ilə bağlı ilkin addımların atılmasının da müzakirə olunduğunu bildirib.

"Xəzər regionunda olan ölkələrlə əlaqələri daha da genişləndirmək istəyirik. Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiyanın bu əlaqələrdə iştirakı mümkündür. Artıq İranla ticarət əlaqələrini genişləndirmişik və ticarətin həcmini 35 mlrd. dollara çatdırmağı düşünürük", - N.Zeybekçi qeyd edib.

Türkiyəli nazirin fikrincə, artıq bu ilin martında və gələn il bu sahədə tərəflər arasında görüşlər keçiriləcək.

KİV nümayəndələrinin suallarını cavablandıran nazir bildirib ki, "Türk axını" layihəsi TANAP qaz boru kəməri layihəsinə rəqib deyil: ""Türk axını" TANAP-a rəqib deyil, qardaşdır. Bu layihədən bütün tərəflər qazanacaq".

Nazir Avropa Komissiyasının "Türk axını"nın qeyri-real olması ilə bağlı fikrinə isə "onlara görə real olmayan, bizə görə realdır" deyərək cavab verib.

Son xəbərlər

Orphus sistemi