​Türkiyədə partlayışlarla bağlı xəbərlərə qadağa qoyulub

​Türkiyədə partlayışlarla bağlı xəbərlərə qadağa qoyulub Son hadisə ilə bağlı Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlama yayacaq
Energetika
4 Avqust , 2015 12:51
​Türkiyədə partlayışlarla bağlı xəbərlərə qadağa qoyulub

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyədə mediaya partlayış xəbərləri ilə bağlı rəsmi məlumatların verilməsi ilə bağlı bütün dövlət qurumlarına qadağa qoyulub. Bu barədə "Report"a Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliydən məlumat verilib.

Məlumata görə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində baş verən qəzadan sonra Nazirlik Boru Xəttləri ilə Yanacaq Daşıma Şirkətinə (BOTAŞ) bu hadisə ilə bağlı məlumat yaymağı qadağan edib. 

Şirkətdən isə "Report"a verilən açıqlamaya görə, hadisə ilə bağlı məlumatları Nazirlik yayacaq.

Son xəbərlər

Orphus sistemi