​Türkiyə SOCAR üçün yeni ərazilər ayırıb

​Türkiyə SOCAR üçün yeni ərazilər ayırıb Türkiyəli nazir hesab edir ki, SOCAR-ın layihələri Türkiyənin idxaldan asılılığını azaldacaq
Energetika
5 Sentyabr , 2015 14:27
​Türkiyə SOCAR üçün yeni ərazilər ayırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Əsas təsisçisi Azərbaycan Dövlət Neft Şirkəti olan (SOCAR) Türkiyənin "Petkim Holding"inin layihə ərazisinin genişləndirilməsi ilə bağlı müraciəti Ətraf Mühit və Urbanizasiya (Şəhərləşmə) Nazirliyi tərəfindən müsbət qiymətləndirilərək təsdiq edilib. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, layihə quruda və suda abadlıq işlərinin aparılmasını nəzərdə tutur.

Məlumata görə, Nazirlik "Petkim" limanının genişləndirilməsi üçün reallaşdırılan "özəl layihə sahəsi" layihəsini və limanın arxasındakı meşə sahəsinin Holdingin ərazisinə daxil edilməsini təmin edən planı da təsdiqləyib.

Belə ki, 1:5000 və 1:1000 miqyasında hazırlanan son plana əsasən, "Petkim" bu ərazini həm abadlaşdıracaq, həm böyüdəcək, həm də oranın bəzi funksiyalarını dəyişəcək. Nazirlik "Petkim"in Nəmrud körfəzindən istifadə imkanlarını da genişləndirib. Plana görə, limanda yeni gəmi yanalma yerləri inşa edilib. Bununla da "Petkim"in investisiyasının 10 mlrd. dollara çatdırılacağı deyilir.

Türkiyənin ətraf mühit və urbanizasiya naziri Ərdoğan Bayraqdarın imzaladığı sənəddə "Petkim"in bu layihəsinin İzmir şəhərinin inkişafına xidmət etdiyi deyilir: "SOCAR Group" tərəfindən həyata keçirilən "Petkim" inkişaf layihələri, "Star" emal zavodunun layihəsi, "Step" və "Petkojen", "Petkim konteyner" layihələri İzmirin marka dəyərini artıracaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə tikdiyi liman, istilik stansiyası, emal zavodu kimi layihələrin reallaşdırılması ölkəmiz üçün ən aktual iqtisadi məsələlərdən olan - tələbatın daxili istehsal hesabına ödənilməsi problemini həll edəcək".

Son xəbərlər

Orphus sistemi