Bakı. 11 fevral. REPORT.AZ/ Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) "SOCAR Turkey LNG Satış A.Ş"yə 30 il müddətinə CNG (sıxılmış təbii qaz) satışı üçün lisenziya verib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün rəsmi qəzetdə elan verilib.