Türkiyə Prezidenti: "TANAP-da işlər plana uyğun şəkildə sürətlə davam etdirilir"

Türkiyə Prezidenti: "TANAP-da işlər plana uyğun şəkildə sürətlə davam etdirilir" Türkiyə və Azərbaycan qarşılıqlı investisiyaların həcmini 20 mlrd. dollara çatdırmağı planlaşdırır
Energetika
15 Mart , 2016 16:27
Türkiyə Prezidenti: TANAP-da işlər plana uyğun şəkildə sürətlə davam etdirilir

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycanla birgə reallaşdırdığımız Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə işlər plana uyğun şəkildə sürətlə davam etdirilir".

"Report" xəbər verir ki, bunu bu gün Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğanın sözlərinə görə, TANAP layihəsi planlaşdırılan müddətdən əvvəl tamamlana bilər.

Türkiyə prezidenti qeyd edib ki, iki ölkə arasında qarşılıqlı investisiyaların həcmi 13 mlrd. dollar təşkil edir: "Bu rəqəmi artıraraq qarşıdakı beş ildə 20 mlrd. dollara çatdırmağı planlaşdırırıq".

R.T.Ərdoğan, həmçinin iclasda Naxçıvanın artan ixracını dəyərləndirmək üçün müştərək çalışmalara qərar verildiyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi