Türkiyə enerjiyə olan tələbatının 75%-ni idxal hesabına ödəyir

Türkiyə enerjiyə olan tələbatının 75%-ni idxal hesabına ödəyir Nazir müavini Sefa Sadiq Aytekin: "TANAP Cənub Qaz Dəhlizinin ən önəmli hissəsidir"
Energetika
3 İyun , 2015 10:34
Türkiyə enerjiyə olan tələbatının 75%-ni idxal hesabına ödəyir

Bakı. 3 iyun. REPORT.AZ/ Hazırda Türkiyə enerjiyə olan daxili tələbatının 75%-ni idxal hesabına ödəyir. "Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Sefa Sadiq Aytekin deyib. 

Nazir müavininin sözlərinə görə, Türkiyə hökumətinin ən əsas məqsədi enerjini ölkəyə tam təhlükəsiz, sürətli və etibarlı şəkildə çatdırmaqdır: "Türkiyə enerji satan və alan ölkələr arasındadır və bir növ diversifikator rolunu oynayır. Buna misal olaraq TANAP layihəsini də göstərmək olar. Hesab edirəm ki, TANAP Cənub Qaz Dəhlizinin ən önəmli hissəsidir. İraq neftinə gəlincə isə, son hadisələrə baxmayaraq, İraq nefti öz əhəmiyyətini itirməyib".

"Biz enerji ilə zəngin Sub-Saxara sahəsində tədqiqatlar aparmağı da düşünürük. Bura enerji ilə zəngindir, amma onun bazara çıxarılması məsələsi bir qədər çətindir", - deyə nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi