"Türk axını" 2020-ci ilədək işə düşəcək

"Türk axını" 2020-ci ilədək işə düşəcək Qaz kəmərinin türk istehlakçılarının tələbatını təmin edəcək ilk xətti 2019-cu ilin sonuna inşa olunacaq
Energetika
3 Sentyabr , 2016 12:17
Türk axını 2020-ci ilədək işə düşəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak elan edib ki, Rusiya və Türkiyə "Türk axını" layihəsinin qısa müddətdə reallaşmasına imkan verəcək vahid razılığın imzalanmasının bir neçə addımlığındadır.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

"Biz türk tərəfdaşlarımızla bu layihənin reallaşdırılması üçün konkret addımları müzakirə edirik. "Yol xəritəsi" hazırlanıb, xüsusi işçi qrupu yaradılıb, qarşılıqlı hökumətlərarası razılaşma layihəsi hazırlanıb", - deyə A.Novak qeyd edib.

Əgər işlər maneəsiz davam edərsə, qaz kəmərinin türk istehlakçılarının tələbatını təmin edəcək ilk xətti 2019-cu ilin sonuna inşa olunacaq.

Son xəbərlər

Orphus sistemi